Avropa Çempionatı zamanı asayişin qorunmasına 580 əcnəbi polis cəlb olunacaq

Futbol üzrə Avropa Çempionatı (AÇ) zamanı təhlükəsizlik və asayişin təmin edilməsi məqsədilə Avropa ölkələrindən olan 580-ə yaxın polis əməkdaşı almaniyalı həmkarlarına dəstək olacaq.

Bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Queumdan verilən məlumata görə, xaricdən gələn polislər sərhəddə, qatarlarda, vağzallarda və hava limanlarında növbə çəkəcəklər.

Qeyd edək ki, iyunun 14-də başlayacaq AÇ iyulun 14-dək davam edəcək.

Related posts

Ankaradan İrəvana mesaj: Paşinyan Konstitusiya dəyişikliyinə söz verib!

Putin Trampın elçisini qəbul edəcək

Donald Tramp İlham Əliyevi təbrik edib