“Camaata deyirəm: polisə salam belə vermə, heç kimə nifrət etmə, amma salam da vermə, onlara məhəl qoyma və keç”.
Bu barədə Baqramyan prospektində çıxış edən Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan məlumat verib.
“Biz deyirik ki, polis bizimdir. Deyirik ki siz normal insanlarsınız, bəli, hörmət etməlisiniz, amma bizə yuxarıdan aşağı baxırsınızsa, bu, sadəcə, xuliqanlıqdır. Onlara məhəl qoymayın, evə çörəyi qanla gətirirlər. Adamlara işgəncə verən, ən son təhqirləri deyən o polislər xuliqandır. Dünən evə gedərkən onların şənliyini görməliydiniz”,- Qalstanyan deyib.
Yepiskop onu da qeyd edib ki, dünən əsgərlərin polis paltarı geyindirilərək gətirildiyi xəbərləri var.