Şirvanda ocaq qalayan kişi özünü yandırıb

Şirvan sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.

Hadisə dünən axşam saatlarında şəhərin Neftçi küçəsi 17-də qeydə alınıb.

Həmin ünvanda yaşayan, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə qaladığı ocağa benzin tökərkən anidən alov onu tutub.

Yanıq xəsarətləri alan C.Gözəlov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, vəziyyəti nəzərə alınaraq Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Related posts

İran bu şəxsləri HƏBS ETDİ – Onların kimliyi…

İsrail İranda vurduğu ərazilərin görüntülərini yaydı – VİDEO

Xameneinin müşavirinin də öldüyü bildirilir – ŞOK FOTOLAR