Hökumətin Qəzzadakı media bürosundan verilən yazılı açıqlamada, İsrail və ABŞ-ın yardımların Fələstin xalqına çatmasına mane olduğu, Qəzza zolağının getdikcə aclığa sürükləndiyi bildirilib. Qəzza getdikcə daha çox aclığa sürüklənir.
Bu barədə Qəzzadakı hökumətin rəsmi mediası məlumat yayıb.
Məlumat da bildirilib ki, Qəzzada 3500 uşaq qida əlavələrinin girişinin qadağan olunması və peyvənd çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşib.
ABŞ və İsrailin Qəzzada 2 milyon 400 min mülki vətəndaşı ac qoymağa qərarlı olduğu vurğulanaraq, xəstələrə və uşaqlara tətbiq edilən aclıq siyasətinin, qida və dərmanların ölkəyə girişinə qadağa qoyulmasının təhlükəli, qeyri-insani bir yol olduğu bildirilib.
Bəyanatda bütün bunların Qəzzada dinc əhaliyə qarşı soyqırım müharibəsi olduğu vurğulanıb və bu cinayətlərin dayandırılması üçün təcili beynəlxalq müdaxilə tələb olunub.