Güney Azərbaycanlı həkim aclıq aksiyasına başladı

İyunun 9-da Məşhədin Vəkil Abad həbsxanasında cəza çəkən Güney Azərbaycanlı həkim Fərzanə Qarahəsənli aclıq aksiyasına başlayıb.

Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “o, tibbi və terapevtik yardımdan məhrum edilməsinə etiraz olaraq bu addımı atıb. Onun bədəninin sol tərəfində tam uyuşmadan əziyyət çəkdiyi və təcili müalicəyə ehtiyacı olduğu bildirilir. Sözügedən həbsxananın rəhbərliyi onun fiziki vəziyyətinin ağır olmasına baxmayaraq, onu nəinki həbsxanadan kənar tibb mərkəzlərinə göndərməkdən imtina edir, hətta heç bir müayinə aparmadan ona sadəcə olaraq ağrıkəsicilər yazıb”.

Bildirilib ki, “2022-ci il noyabrın 4-də azərbaycanlı rentgenoloq, 54 yaşlı Həmid Qarahəsənli və həyat yoldaşı, laboratoriya elmləri üzrə mütəxəssis, 46 yaşlı Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs edilib. Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarımhərbi Bəsic üzvü Ruhullah Əcəmiyanın öldürülməsinə görə başqa 16 nəfərlə birlikdə saxta ittihamla həbs edilib”.

Məlumata görə, Həmid Qarahəsənli edam, Fərzanə Qarahəsənli isə 20 il həbs cəzasına məhkum olunsa da ittiham üzrə Ali Məhkəmədə iş araşdırıldıqdan sonra Həmid Qarahəsənli sürgün olunmaqla 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il keçirməlidir.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb