Papikyan Makronun hərbi müşaviri ilə GÖRÜŞDÜ

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa prezidentinin hərbi müşaviri, hərbi kabinetin rəhbəri, ordu generalı Fabien Mandon ilə görüş keçirib.

Bu barədə “Armenpress” məlumat yayıb.

Görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində cari proses və perspektiv əməkdaşlıq proqramları ilə bağlı məsələlər müzakirə olunub.

 

“Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin islahatlarının gedişi və bu istiqamətdə Fransa ilə əməkdaşlığı təqdim edib”, – məlumatda deyilir.

 

Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.

Related posts

Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM

ABŞ Azərbaycana daha iki minaaxtaran it verdi – FOTO

Ayın torpağından oksigen çıxara bilən vasitə hazırlandı