173
Fransanın Ermənistana “Sezar” özüyeriyən artilleriya qoşunları tədarük etməsi Cənubi Qafqazda növbəti silahlı qarşıdurmaya səbəb ola bilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Fransa Ermənistanın maraqlarını rəhbər tutmur.
Xatırladaq ki, Fransadan Ermənistana “Sezar” silahlarının tədarükü barədə saziş imzalanıb.
“Sezar” özüyeriyən artilleriya qurğusu 155 mm çapa malikdir və dəqiqədə təxminən 6 mərmi atarkən 42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. Təmasda olmayan detonatorlar havada mərmi partlatmağa imkan verir. Yolda 80 km/saata, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilir.