Tehranda həbsdə olan güneyli alim İsveçin baş nazirinə müraciət etdi: “Məndən üz döndərdiniz”

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, yaydığı səs yazısında İranla İsveç arasında baş tutan məhbus mübadiləsində özünün adının yer almadığına görə İsveçin baş nazirini  tənqid edib.

“Mən 8 il 2 aydır saxlanıldığım Evin həbsxanasının qorxunc təkadamlıq kamerasından sənə müraciət edib və deyirəm ki, məndən üz çevirməyi qərara aldınız. Məni edam təhlükəsi ilə qarşı-qarşıya qoyub və edam hökmümün dəyişdirilməsinə görə mübarizə aparmadınız”,- deyə azərbaycanlı alim deyib.

Cəlali iki İsveç vətəndaşının İsveçdə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi Həmid Nuri ilə dəyişdirilməsinə toxunub və bu məhbus mübadiləsi zamanı özünün İran həbsxanasından geri alınmamasını barəsindəki ayrı-seçkiliyin nümunəsi adlandırıb.

İki gün əvvəl Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehranniya da, İsveçin baş baş nazirinə ünvanladığı müraciətdə onu tənqid edib, Cəlaliyə qarşı ayrı-seçkilik edildiyini bildirib.

Qeyd edək ki, İranda casusliq ittihamına görə həbsdə olan iki İsveç vətəndaşı Yuhan Flodrus və Səid Əzizi iyunun 15-də azad edilib və İsveçə qayıdıblar.

Bu, 1988-ci ildə İran həbsxanalarında siyasi məhbusların kütləvi edamınlarının həyata keçirilməsində iştirak etdiyinə görə 2019-cu ildəİsveçə səfəri zamanı saclanılaraq ömürlük həbs cəzasına məhkum edilən iranlı keçmiş prokuror köməkçisi Həmid Nurinin sərbəst buraxılması qarşılığında olub.

İsveç vətəndaşı olan güney azərbaycanlı Əhmədrza Calali isə 2016-cı ilin april ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi