Ana səhifə XəbərlərDünya Qırıcı səs sürətini aşdı, evlərin damları YERİNDƏN QOPDU

Qırıcı səs sürətini aşdı, evlərin damları YERİNDƏN QOPDU

admin2

Polşa Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcısı səsdən yüksək sürətlə uçarkən evlərin damlarını qoparıb.

Bu barədə ölkənin silahlı qüvvələrinin baş komandanlığı məlumat yayıb.

Bildirilib ki, bu hərbi təyyarə ilə aviasiya insidentisi iyunun 20-də Malbork bölgəsinin Şalenets kəndi yaxınlığında baş verib.

“22-ci Taktiki Aviasiya Bazasının “MiQ-29” təyyarəsində təlim uçuşu zamanı təqribən 1000 fut (təxminən 305 metr) hündürlükdə uçarkən səs sürəti aşılıb”, – deyə məlumatda bildirilir.

Səs dalğasının təsirindən bir neçə binanın dam örtüyünün zədələndiyi bildirilib. Hərbi Jandarma və Hava Qəzalarının Təhqiqat Komissiyası artıq hadisəni öyrənir.

Komandanlıq əmin edib ki, silahlı qüvvələr zədələnmiş binaların təmiri ilə bağlı bütün xərcləri ödəyəcək.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00