“İran ofşor rial ideyasını inkişaf etdirir. Onun Rusiya ilə maliyyə əməliyyatlarında istifadə ediləcəyi planlaşdırılır”.
Bu barədə İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin məlumat verib.
“Ofşor rial ideyası hazırlanır. Biz tezliklə Rusiya ilə sövdələşmələrdə ofşor rialın ilk layihəsini işə salacağıq”, – deyə Fərzin rəqəmsal real layihəsinin təqdimat mərasimindən sonra bildirib.
Qeyd edək ki, rəqəmsal rial artıq ictimai dövriyyəyə buraxılır. Bu valyuta ölkədə maliyyə əməliyyatlarını sadələşdirmək və sürətləndirmək üçün nəzərdə tutulub. Beləliklə, müştərilər xüsusi proqram təminatı ilə yaradılacaq ştrix-koddan istifadə etməklə alış-veriş etmək və vəsait köçürmək imkanı əldə edəcəklər. Yenilik İranın ödəniş sisteminin səmərəliliyini artırmaq məqsədi daşıyır.
Mənbə: ura.ru