Netanyahu ABŞ-dan silah tədarükü barədə danışdı

ABŞ-dan silah tədarükünün 4 ay əvvəlki səviyyəyədə bərpa olunması məsələsinin yaxın gələcəkdə həll edilməsi vacibdir.

Bu bəyanatla İsrail Baş naziri Binyamin Netanyahu hökumətin iclasında çıxış edib.

Bəyanatın mətnini Baş nazirin dəftərxanası yayıb. Binyamin Netanyahu deyib ki, 4 ay əvvəl ABŞ-dan İsrailə silah tədarükünün azalması baş verib: “Bir amerikalı dostlarımızdan tədarükün sürətləndirilməsini dəfələrlə müxtəlif səviyyələrdə xahiş etdik, müxtəlif izahlarla qarşılaşdıq. Ancaq vəziyyət dəyişmədi. Ümid edirəm və inanıram ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq”.

Qeyd edək ki, Binyamin Netanyahu ilk dəfə ötən çərşənbə axşamı ABŞ-ın silah tədarükünü azaltdığını bildirmişdi.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq