Ana səhifə XəbərlərMədəniyyət Rusiya dövlət telekanalında ilk dəfə Türkiyə serialı yayımlanacaq

Rusiya dövlət telekanalında ilk dəfə Türkiyə serialı yayımlanacaq

admin2

“Rossiya” telekanalında “Bahar” adlı Türkiyə serialı yayımlanacaq.

Bu barədə telekanalın və “Smotrim” media platformasının xarici kommunikasiyalar xidmətinin rəhbəri İqor Potapov məlumat verib.

Onun sözlərinə görə, bu, telekanal üçün cəsarətli bir addımdır və serial Türkiyədə istehsal edilən müxtəlif üslublu ekran işləri arasında “Rossiya”nın izləyiciləri üçün ən uyğun olanıdır.

Potapov qeyd edib ki, serial bir vaxtlar ailəsi naminə həkimlik karyerasını yarımçıq qoyan, lakin müəyyən hadisələr nəticəsində ilkin peşəsinə qayıtmağa qərar verən evdar qadının hekayəsindən bəhs edir.

“Burada dram və komediya elementləri var. Ümumiyyətlə, hər şey həyatda olduğu kimidir”, deyə o bildirib.

Mənbə: TASS

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00