Bir vaxtlar ancaq elmi fantastika filmlərində izlədiyimiz şeylər indi həyatımızın bir hissəsinə çevrilir.
Molekulyar bioloq tərəfindən hazırlanmış “gələcəyin həbsxanası” ideyasını məhz buna misal olaraq göstərmək olar.
Gələcəyin həbsxanası əslində cinayətkarları dəmir barmaqlıqlar arxasına deyil, öz şüurlarına həbs etmək məqsədi daşıyır. “Cognify” adlanan dizayn insanın beyninə cinayətlə bağlı sintetik xatirələri yerləşdirəcək, lakin qurbanın perspektivini göstərəcək. Yəni günahkar öz cinayətini qurbanının gözü ilə görəcək.
Sistem cinayətin süni intellekt tərəfindən yaradılan şəkillərini nümayiş etdirən VR (virtual reallıq) kimi bir cihaz taxılmaqla işləyəcək. Bu cihaz bəzi şəxslərin özbaşına yarada bilmədiyi peşmanlıq və ya vicdan əzabı kimi emosiyaları tətikləyən beyin implantı ilə birlikdə işə düşəcək.
Molekulyar bioloq Haşəm Al-Qaili tərəfindən hazırlanmış konsepsiya, bu cinayət xatirələrini qalıcı etməklə terapiya seansının uzunmüddətli təsirlərinə nail olmaq məqsədi daşıyır.
Rəsmilər həbsxananın məhkumları gələcək cinayətlərdən çəkindirdiyini desələr də, 2021-ci ildə 100-dən çox araşdırma məhbusluğun insanların yenidən cinayət törətməsinə mane olmadığını üzə çıxarıb.
Bioloq bildirib ki, “Cognify” bir gün süni xatirələr yarada və onları birbaşa məhbusun beyninə yerləşdirə bilər. Onun sözlərinə görə, belə reabilitasiya bir neçə dəqiqə çəksə də, cinayətkara illər kimi gələcək:
“Cognify” cinayətkarın zehnində vaxtın real həyatdan daha yavaş keçməsinə səbəb olacaq və beləliklə, insana illərlə davam edəcək bir təcrübə qazandıracaq. Sistemdə yaradılan xatirələr törətdikləri cinayətin ağırlığından və aldıqları cəzadan asılı olaraq hər bir cinayətkarın reabilitasiya ehtiyaclarına uyğunlaşdırıla bilir”.
Cihaz məhbuslara məişət zorakılığı, nifrət cinayətləri və ayrı-seçkilik, mənimsəmə, insayder ticarəti, oğurluq və fırıldaqçılıq daxil ola biləcək cinayətlərinin süni intellekt tərəfindən yaradılmış xatirələrini göstərməklə işə başlayır.
Qeyd olunub ki, bəzi xatirələr nəticələrə və travmaya səbəb olmaq üçün nəzərdə tutulub.
Billurə Yunus