Parlament seçkiləri ilə bağlı maarifləndirmə işləri aparmalıyıq, xüsusən də tələbələrin səsverməsi üçün tədbirlər görməliyik, çünki onlar yay tətilinə gedirlər.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu dəfə də seçkilərdə tələbələrin səsverməsi ilə bağlı müvafiq addımlar atmalıyıq.
“Tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə də tələbələrin seçkilərdə iştirakını təşkil etməliyik. Bakıda yaşayan tələbələrin vəziyyəti məlumdur, ancaq regionlarda yaşayan tələbələr yəqin ki, valideynlərinin yanına gedəcək. Ona görə də onların hamısın qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin etməliyik ki, onlar harada olurlarsa olsunlar səs verə bilsinlər”, – deyə o, əlavə edib.