“Yaxın gələcəkdə müsbət xəbərlər eşidəcəyik” – Nazir

“Ermənistan ilə davamlı sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan əvvəl Azərbaycan sülh sazişi ilə bağlı son layihəni Ermənistana təqdim edib”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var. Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Biz bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik.

 

“Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət irəliləyişlər əldə edilib. Sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında da təmaslar davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlər eşidəcəyik”, – deyə nazir əlavə edib.

Related posts

Mərkəzi Asiya ölkələri üçün ən əlverişli yollar Azərbaycandan keçir – ANALİZ

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

İranın yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı səfirliyinə gəliblər