80
ABŞ-də polis ona oyuncaq silah tuşlayan azyaşlını öldürüb.
ABŞ-ın Nyu-York ştatının Utika şəhərində polis iyunun 28-də silahlı quldurluq hadisəsi ilə bağlı aparılan istintaq çərçivəsində yerli vaxtla saat 22:00 radələrində iki uşağı küçədə saxlayıb.
Polis yolda saxladıqları uşaqlara sual verərkən onlardan biri qaçmağa başlayıb.
Daha sonra polis əməkdaşları qaçan azyaşlını təqib ediblər. Qaçan uşaq cibindən silah çıxararaq polisə tuşlayıb.
ABŞ polisi isə atəş açaraq uşağı “zərərsizləşdirib”. Həmin anlar anbaan polisin üzərindəki kameralara düşüb.
Aparılan araşdırmalar zamanı azyşalının əlindəki silahın saxta olduğu üzə çıxıb.
Yüzlərlə insan hadisəyə etiraz edərək polis zorakılığının dayandırılmasını tələb edib.