Ankaradan Tehrana sərt XƏBƏRDARLIQ: Vuracağıq!

Terror təşkilatı PKK-yə qarşı mübarizə ilə bağlı Türkiyə ilə İran rəsmiləri arasında görüş olub və görüşdə Tehranın qarşısını şərtlər qoyulub.

Ölkə.Az xəbər verir ki, Süleymaniyyədə baş tutan toplantıda Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri və təhlükəsizlik qüvvələri iştirak edib.

Görüşdə İrandan PKK-yə silah-sursat göndərilməsinin dayandırılması tələb olunaraq və terror təşkilatına qarşı əməkdaşlıq təklif olunub.

İran rəsmiləri PKK-yə heç bir yük göndərmədiklərini iddia etsələr də, Türkiyə rəsmiləri yükün görüntülərini iranlılara təqdim ediblər. İran tərəfi görüntüləri təkzib edib və yükün onlara aidiyyəti olmadığını iddia edib.

Bundan sonra Ankara tərəfi Tehran tərəfini rəsmi şəkildə xəbərdar edib ki, bundan sonra PKK-yə hər hansı yardım göndərilərsə, vurulacaq.

Ankara eyni zamanda PKK-nin İrandakı uzantısı olan PJAK-ın fəaliyyətinə diqqət yetirməsini, həmçinin Türkiyənin PKK-yə qarşı əməliyyatına hər hansı müdaxilədən çəkinmələri barədə xəbərdarlıq edib.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi