İlin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

İlin əvvəlindən Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriyadakı əməliyyatlarda 1327 terrorçunu zərərsizləşdirib.

Bu məlumat iyulun 4-də Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən brifinqdə təqdim olunub.

Bildirilib ki, son bir həftə ərzində Türkiyə hərbçiləri bölgədə 57 silahlını zərərsizləşdirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, admiral Zeki Aktürk İraqın Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində bir gün əvvəl terrorçulara qarşı həyata keçirilən irimiqyaslı hava hücumuna diqqət çəkib. “Türkiyə Hərbi Hava Qüvvələri İraqda PKK terrorçularının istifadə etdiyi 37 obyektə zərbə endirib”, – deyə admiral bildirib.

Milli Müdafiə Nazirliyinin nümayəndəsi xatırladıb ki, Türkiyə ordusunun Suriya ərazisində olmasının səbəbi terrorizmlə mübarizədir.

“Türkiyə Suriya ərazisindəki terrorçulardan gələn təhdidlərdən özünü müdafiə etmək hüququndan istifadə edir. Ankara regionda Türkiyənin maraqlarına zidd status-kvonun formalaşmasına, o cümlədən terrorçuların nəzarətində olan zonanın formalaşmasına yol verməyəcək”, – deyə Aktürk vurğulayıb.

Qeyd edilib ki, Ankara Suriyada ərazi bütövlüyü və siyasi sabitliyin, Suriya torpağında sülh və təhlükəsizliyin təmin edilməsinin tərəfdarıdır.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb