272
Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
Bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.
“Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq”, – o bildirib.