Ana səhifə XəbərlərSiyasət Zəngəzur dəhlizinə doğru daha bir addım – Yaxın vaxtlarda açıla bilər

Zəngəzur dəhlizinə doğru daha bir addım – Yaxın vaxtlarda açıla bilər

admin

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirində iştirak məqsədilə ötən gün Qazaxıstanın Astana şəhərinə səfər edib. Prezident orada bir sıra həmkarları ilə görüşüb. Dünənki görüş Azərbaycanın nüfuzunun artmasından xəbər verir. Eləcə də, nəqliyyat və logistika istiqamətində çıxışlar Zəngəzur dəhlizi məsələsinin əhəmiyyətini bir daha göstərir.

Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın böyük uğuru kimi qəbul edilə bilər:

“Hazırda dünyanın ən nüfuzlu iqtisadi təşkilatlarından biri Şanxay Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan bu təşkilatda təmsil olunmur. Amma həm Qazaxıstan, həm də Özbəkistanda keçirilən sammitdə bu ölkələrin prezidentləri tərəfindən cənab İlham Əliyev yüksək statuslu qonaq qismində dəvət olunub. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində cənab Prezidentin bir sıra görüşləri oldu. Dövlətimizin başçısı Qazaxıstan, Rusiya və Türkiyə prezidentləri ilə, eləcə də Çin Xalq Respublikasının lideri və bizə dost ölkə olan Pakistanın Baş naziri ilə görüşdü. Bu görüşlərdə Azərbaycanın əldə etdiyi uğurlar dəstəkləndi və bəyənildi. Eyni zamanda tez bir zamanda Azərbaycanla ədalətli sülh müqaviləsinin imzalanması ilə bağlı xoş niyyətlərini bildirdilər. Səfərin zirvəsi isə hesab edirəm ki, Çinlə Azərbaycan arasında strateji tərəfdaşlıq barədə birgə bəyannamənin imzalanması idi. Çin kimi nəhəng dövlətlə Azərbaycan strateji tərəfdaşlıq bəyannaməsi imzalanması böyük hadisədir. Bu Çinin Azərbaycana verdiyi dəyər, eləcə də ölkəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi-iqtisadi nüfuz qazanmış lider dövlətə çevirilməsi ilə əlaqədardır. Görüşlərin hər birində təkliflər səsləndirildi ki, yaxın vaxtlarda Azərbaycanın ŞƏT-ə müşahidəçi statusunda qəbul olunması  məsələsinə də baxıla bilər. Bu gün dünya çox qarışıqdır. Hərbi, siyasi qarşıdurmalar gedir. Belə bir vaxtda Azərbaycan Prezidentinin iki super dövlət-Rusiya və Çinlə stratejik əməkdaşlıq səviyyəsində əlaqələri qurması, böyük nüvə dövləti olan Pakistanla münasibətimizin yüksək səviyyədə olması mühümdür.  Türkiyə bizə qardaş dövlətdir. Biz bu qardaşlığın daha da böyüməsinə və bütün türk aiəsinə çevrilmə istiqamətində addımlar atırıq. ŞƏT-in sonuncu Zirvə Toplantısında cənab Prezidentin iştirakı Azərbaycanın böyük uğuru kimi qəbul edilə bilər”.

M.Quliyev vurğulayıb ki, görüşlərdə səsləndirilən fikirlər yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılmasına ümid yaradıb:

“Çin Xalq Respublikası ilə imzalanmış birgə bəyanatda Azərbaycanın Orta dəhlizdə çox mühüm partnyor olduğu vurğulanır. Şərqdən Qərbə, Qərbdən Şərqə yüklərin daşınmasında Azərbaycanın müsbət rolu o qeyd olunur.  O da vurğulanırdı ki, Bakı-Tbilisi-Qars istiqamətində daşınan yüklərin həcmi artırılacaq. Görüşlərdə səslənən fikirlər bizə ümid verir ki, Zəngəzur dəhlizi də yaxın vaxtlarda açılacaq və Azərbaycan Çinin “Bir kəmər-bir yol” layihəsində ən mühüm strateji partnyorlardan biri kimi çıxış edəcək. Bu görüş Azərbaycana böyük iqtisadi dvidentlər vəd etməklə yanaşı, bizim beynəlxalq tərəfdaşlığımızı daha da gücləndirir. Etimadımızın daha da yüksəldilməsinə təminat verir. Eyni zamanda cənab Prezident orada görüşdüyü liderləri noyabrda Bakıda keçiriləcək COP29 tədbirinə dəvət etdi. Həmin liderlər də tədbirin yüksək səviyyədə keçiriləcəyinə inandıqlarını, iqlim dəyişikliklərindən dünyanın qorunması istiqamətində yaşıl dünya naminə Azərbaycanın dünyaya böyük töhfə verəcəklərini bildiriblər”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də söyləyib ki, İlham Əliyevin Astana səfəri Azərbaycanın nüfuzunu artıran amillərdəndir:

“Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq nüfuza malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin belə bir təşkilatda iştirakı Azərbaycanın nüfuzunu artıran amillərdəndir. Azərbaycanda inşa olunan dəmiryolu qovşağı dünyanın bir çox  ölkəsinin diqqətini cəlb edəcək. Artıq Çin də, Rusiya da Orta Dəhlizi qəbul edir. Hindistan Şimal-Cənub Dəmiryolu prinsipini qəbul edir. Bir sözlə, Azərbaycanın bu strateji mərkəzi bir çox dövlətlərin diqqətini çəkir. Bu, Azərbaycanın getdikcə dünyada logistika mərkəzlərindən birinə çevriləcəyini göstərir”.

Şanxay Əməkdaşlıq Təşkilatındakı liderlərin Zəngəzur dəhlizinə diqqəti onun fəaliyyətə başlamasını sürətləndirəcək:

“Zəngəzur dəhlizi məsələsi artıq həll olunub. Siyasi  nöqteyi-nəzərdən məsələ razılaşdırılsa da, sadəcə dəhlizin tikintisinin icrası məsələsi qalır.

Bir sıra böyük dövlətlərin maraq göstərməsi səbəbindən Ermənistan da bu işə daha həvəslə girəcək”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00