Naxçıvanda 40 tona yaxın yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.
Muxtar respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanmış ümumi çəkisi 40 tona yaxın olan 559 min ədəd yabanı halda bitmiş çətənə kolu yandırılaraq məhv edilib.