Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar.
Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədi ilə hadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayaraq K.Əliyevin avtomobilinə bağlayıblar. R.Rzayev isə marketi kənardan müşahidə edərək digərlərinə obyeketin bağlanma saatı barədə məlumat verib. Dəstə üzvləri hadisədən sonra ərazini tərk edən zaman idarə etdikləri avtomobillə qəzaya düşdüklərindən onlar terminalı nəqliyyat vasitəsinin yük yerində qoyaraq oradan uzaqlaşıblar.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.