Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu 2023-cü ili 1 mln 664 min manat xalis mənfəətlə başa vurub.
Bu 2022-ci ilin yekunu ilə müqayisədə min dəfə çoxdur.
Sözügedən dövrdə institutun cəmi gəlirləri 4 mln 730 min manat, cəmi xərcləri 3 mln 66 min manat təşkil edib.
İnstitutun cəmi aktivləri illik müqayisədə 5,8 dəfə artaraq 2023-cü ilin yekununda 2 mln 44 min manat təşkil edib. Aktivlərdəki kəskin artımın əsas səbəbi torpaq, tikili və avadanlıqların dəyərinin 22 dəfə artaraq 1 mln 585 min manata çatması olub. Qurumun cəmi öhdəlikləri isə 5 dəfə artaraq 30 min manata yaxın olub.
Nizamnamə kapitalı 100 min manat, kapital ehtiyatları 1 mln 959 min manat, yığılmış zərəri 45 min manat olan institutun cəmi kapitalı illik müqayisədə 5,8 dəfə artaraq 2 mln 15 min manat təşkil edib.