İranda polis bölməsinə hücum olub: ölənlər var

Ötən gecə İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib.

“Azad İran” “Telegram” kanalının məlumata görə, hücuma görə məsuliyyəti etnik bəlucların silahlı qruplaşması olan “Ceyş əl-Ədl” təşkilatı öz üzərinə götürüb.

Təşkilatın yaydığı bəyanatda hücum nəticəsində iki hökumət məmurunun öldürüldüyü bildirilib.

Rəsmi dövlət mediası hələlik bu barədə məlumat verməyib.

Related posts

Müştərinin kartından oğurluq edən administrator saxlanıldı

Bu şəhər və rayonlarda yaşıllıqlar qanunsuz kəsilib

Ağstafada 9-cu sinif şagirdi bıçaqlandı