İranda güclü yanğın – 41 yanğınsöndürən maşın cəlb edildi

İranın Rəşt şəhərində “Xali Rəşt” şirkətinin anbarında yanğın baş verib.

Məlumatı Rəşt Yanğından Mühafizə İdarəetmə Mərkəzi yayıb.

Yanğın 41 yanğınsöndürən maşının müdaxiləsi ilə söndürülüb. Hadisə nəticəsində itki və xəsarət barədə məlumat verilməyib.

Rəşt Yanğından Mühafizə İdarəetmə Mərkəzinin rəisi Şəhram Mömeni hadisənin səbəbini araşdırmağa çalışdıqlarını bildirib.

Related posts

Prezident Fərzanə Sadiqi ilə Araz üzərində körpünün tikintisindən DANIŞDI

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul etdi

İranlı nazir BUNA GÖRƏ Bakıya gəlir