Minik maşını işıq dirəyinə çırpıldı

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb.

Hadisə İmişli şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. İmişli sakini, 1995-ci il təvəllüdlü Səfərli Fəxri Qalib oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Bakıda itkin düşən gəncin meyiti bulvarda tapıldı

Hacı Vəliyevlə bağlı qərar verilib

Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı