513
Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə bağlanacağına ümid edirəm.
Ölkə.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“Ankara İrəvanla Bakı arasında saziş imzalamağa və sülhün bərqərar olmasına sadiqdir. Biz bu sülhü ən qısa zamanda görmək istəyirik. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlərimizdə bu istiqamətdə müsbət addımların olduğunu görürük”, – Ərdoğan bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan prezidenti də münaqişənin həlli üçün müsbət addımları dəstəkləyir.