Kanadada meşə yanğınları – Minlərlə insan təxliyə edildi

Kanadanın şimal-şərqində baş verən meşə yanğınları səbəbilə təxminən 9 min insan təxliyə edilib.

CBC News”un məlumatına görə, ölkənin şimal-şərqində baş verən yanğınlar Nyufaundlend və Labrador əyalətindəki Labrador Siti və Vabuş bölgələrini təhlükə altına saldığı üçün bir sıra tədbirlər görülüb.

Əyalətin Baş naziri Endryu Furey, Labrador Siti və Vabuşdakı insanları ayıq olmağa və yanğınların olduğu əraziləri boşaltmağa çağırıb. Yanğınlar səbəbilə təxminən 9 min insan təxliyə edilib.

Nyufaundlend və Labrador əyalətində 11 bölgədə hələ də güclü yanğınlar davam edir.

Kanadada hazırda 575 aktiv yanğınla mübarizə aparılsa da, onlardan 400-dən çoxu nəzarətdən çıxmış sayılır.

Related posts

ABŞ Azərbaycana daha iki minaaxtaran it verdi – FOTO

Ayın torpağından oksigen çıxara bilən vasitə hazırlandı

Polis Binəqədidə əməliyyat keçirdi – 40-dan çox şəxs saxlanıldı