Avropa ölkələri Əfqanıstandakı səfirliklərini açmağa hazırlaşırlar

Bir neçə Avropa ölkəsi Əfqanıstanda səfirliklərinin fəaliyyətlərini bərpa etmək və bununla da “Taliban” iqtidarını tanımaq barədə düşünür.

“Bloomberg” bu barədə Avropa İttifaqındakı (Aİ) bəzi dövlətlərin hakimiyyət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Avropalı diplomatın sözlərinə görə, Brüssel rəsmiləri qadınların hüquqlarını qorumaq və regionda varlıqlarını sürdürmək üçün Əfqanıstanda diplomatik nümayəndəliklərin açılmasının zəruriliyini dərk etməyə başlayıblar.

Qeyd olunur ki, hazırda Əfqanıstanda yalnız Aİ-nin nümayəndəliyi fəaliyyət göstərir.

Related posts

Lavrov İrəvanda “soyqırım” abidəsini ziyarətdən imtina etdi

Başımız dərddədir, Rusiya bu tarixdə hücum edəcək – NATO

Rusiya “3+3” formatında növbəti görüşlərin Bakı və İrəvanda keçirilməsini istəyir