Bayden zehni vəziyyəti ilə bağlı danışdı

ABŞ Prezidenti Co Bayden prezident seçkilərində rəqibi olan Donald Trampa qarşı sui-qəsd edilməsinə münasibət bildirib.

Baş verənlər qarşısında təəccübləndiyini deyən Bayden Amerikada siyasətdə şiddətə yer olmadığını bildirib.
O, hadisədən sonra Trampla danışdığını deyib:

“Çox səmimi idi. Ona nə qədər narahat olduğumu dedim. Səsi yaxşı gəlirdi. Yaxşı olduğunu dedi və ona zəng elədiyim üçün təşəkkür etdi.
Bayden silahlı hücumun yarışın gedişatını dəyişdirib-dəyişdirmədiyi ilə bağlı suala isə “Bunu mən də bilmirəm, siz də” cavabını verib.

Bayden yaşına görə ABŞ prezidentlik yarışından geri çəkilmək çağırışlarınada  cavab verib:

“Mən yaşlıyam. “Ancaq mən Trampdan cəmi üç yaş böyükəm və psixi vəziyyətim kifayət qədər yaxşıdır. Üç il yarım ərzində heç bir prezidentin uzun müddətdir edə bilmədiyi şeyi etdim”.

Seçki yarışında qalmaq və ya yarışdan geri çəkilmək kimi məsələlərdə kiminlə məsləhətləşdiyini soruşduqda Bayden belə cavab verdi: “Özümlə. “Mən bunu çoxdan edirəm” deyə cavab verib.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA