Prezident onu icra başçısı təyin etdi

Oğuz rayonuna yeni icra başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Cavid Teyrun oğlu Əbdul-Qədirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.

Related posts

Donald Tramp İlham Əliyevi təbrik edib

Kamran Əliyev növbəti dəfə BPA-nın vitse-prezidenti seçilib

İlham Əliyevə təşəkkür – İsraildən Bakıdakı gizli görüşə REAKSİYA