Xəzər rayonu Şüvəlan qəsəbəsində sakinlər səkidən şikayət edirlər.
Bu barədə baku.ws-in “Qaynar xətti”nə video və məlumatlar daxil olub.
Qeyd edilib ki, qəsəbənin “Mir Mövsüm Ağa” ziyarətgahı istiqamətində səki ilə gəliş-gediş çətinləşib. Onlar səkilərin dar və istifadəyə yararsız olduğunu bildiriblər.
Ərazidə lentə alınan kadrlarda bunun sübutunu görmək mümkündür. Belə ki, videoda işıq dirəyinin onsuz da ensiz olan səkinin ortasında yerləşməsi əks olunub.
“Uşaq arabası ilə dirəyin üstündən keçək?” – deyə sakinlərdən biri qeyd edib.
Həmin görüntüləri təqdim edirik: