Türkiyə ilə Suriya arasında birbaşa dialoqun başlanması istiqamətində gedən müzakirələr günümüzün ən aktual məsələlərindən biridir. Ankara Dəməşq arasındakı münasibətlərin normallaşması istiqamətində atılan addımlar təkcə Türkiyə-Suriya əlaqələri baxımıdna deyil, bu eyni zamanda Yaxın Şərq və Türk coğrafiyası baxımdan mühüm əhəmiyyət kəsb edən məsələdir.
Son zamanlarda istər beynəlxalq münasibətlərə sistemində, istərsə geosiyasi və geoqitisadi mübarizələr bir neçə il əvvəlkindən fərqli istiqamətdə inkişaf etməkdədir. Bu da hər bir ölkəyə, o cümlədən Türkiyəyə də öz xarici strateji siyasətinə yenidən baxıb vəziyyəti dəyərləndirib ona uyğun addımlar atmağı vadar edir.
Dünyanın yenidən şəkillənməsində Türkiyənin beynəlxalq münasibətlər sistemində rolunun getdikcə artmasından və gücə çevrilməsindən narahat olan güclər artıq bu məkrli planlarının reallaşdırmaq istiqamətində ilkin addımlar atmağa belə başlayıblar. Həmin güclər Suriyanı federallaşdırılmaqla ərazisində terrorçu PKK/YPG adı altında oyuncaq bir dövlət yaratmağa cəhd edirlər. Qərb, İran, İsrail, Rusiya və digərləri bu məkrli oyunun içindədir. Bu planın reallaşması gələcəkdə Türkiyə dövlətçiliyinə hansı təhdidlər yaradacağı bəllidir. Ona görə də Ankara bunu görür və gözlənilən təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı addımlar atmaqdadır. Lakin Ankaranın təkcə Suriyada deyil, bütövlükdə Yaxın Şərqdə sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdşalığa xidmət edəcək niyyəti ilk növbədə başda ABŞ olmaqla digər qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Ona görə də dialoqun baş tutuması üçün ən müxtəlif vasitələrə əl atırlar. Hətta ABŞ rəsmi şəkildə Ankara ilə Dəməşq arasındakı danışıqlara qarşı sərt çıxdığını bəyan edib. Təbii ki, İsrail, İran və digər Avropa ölkələri də bundan ciddi narahatdırlar. Onların mövqeyi bəllidir. Çünki Ankara ilə Dəməşq anlaşarsa, o zaman onların bölgədəki məkrli oyunları iflasa uğrayacaq.
Təəssüf doğurucu məqam Türkiyə daxilindəki bəzi qüvvələrin də iki ölkə arasındakı normallaşma prosesinə qarşı çıxmasıdır. Həmin qüvvələr necə ki, Suriya münaqişəsinin ilk günündə Ankaranın sərhədində baş verən təhdidlərin qarşısı alınması istiqamətində addımlarına qarşı çıxırdılarsa, indi də eyni qayda ilə gözləniləcək təhdidlərin qarşısını alınması istiqamətində atılan normallaşma prosesinə qarşı çıxırlar. Türkiyə daxilindəki qüvvələrin əsas iki hədəfi var. Birincisi, öz maraqları üçün dvident əldə etmək, ikincisi isə bu prosesdə maraqlı olmayan xarici güclərin əlinə oynayıb Ankaraya bacardıqca daxildən mane olmaqdır.
Amma bütün bu çətinliklərə baxmayaraq Ankara ilə Dəməşq normallaşma istiqamətində səylərini davam etdirməlidir. Ankaranın münaqişə ilə bağlı mövqeyi onsuz da Suriyanın milli maraqlarına tamamilə uyğundur. Türkiyə ilk gündən mvqeyi problemin Suriyanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasıdır və fəaliyyətini də bu istiqamətdə qurub. Ankara istər Suriya ilə bağlı Cenevrə danışıqları zamanı, istərsə də “Astana prosesi”ndə aydın şəkildə ortaya qoyaraq problemin həllinə nail olamağa çalışıb. Həmin mövqe bu gün də ortadadır. Ankaranın Dəməşqə normallaşma ilə bağlı irəli sürdüyü təkliflər Əsəd rejiminin də faydasınadır. Ankaranın əsas tələbi Suriyanın ərazi bütövlüyü çərçivəsində unitar dövlətçiliyini qoryub saxlaması, PKK/YPG terror təşkilatının məhv edilməsi, qaçqınların geri qayıtması və onların təhlükəsizliyinə təminat verilməsidir. Bu istiqamətdə ilkin razılıq olarsa. növbəti addım kimi Suriya daxilində milli barışığın təmin edilməsi, yeni konstitusiyanın hazırlanması və digər məsələlər müzakirə edilə bilər.
Əgər Əsəd rejimi Ankaranın normallaşma ilə bağlı təkliflərini qəbul etməzsə, o zaman Suriya siyasi coğrafiyadan bir dövlət kimi yox olması təhlükəsi ilə üzləşəcək. Onsuz da Suriya bu gün faktiki parçalanmış bir vəziyyətdədir və Əsəd rejimi də yaranmış duruma təsir etmək gücündən uzaqdır. Əsəd rejiminin əsas dəstəkverici ölkələri hesab edilən Rusiya və İran da hazırkı durumda ona yardım etmək iqtidarında deyil. Suriyanın və Əsəd rejiminin hazırki vəziyyətdən uduşla çıxmasının yeganə xilaskarı Ankaradır. Əgər Əsəd rejimi siyasi iradə nümayiş etdirib Ankara ilə danışıqlara başlayarsa, özü ilə yanaşı, Suriyanı, həm Yaxın Şərqin parçalanması, yenidən şəkilləndirilməsi istiqamətində planlaşdırılan oyunlar iflasa uğramış olacaq. Nəticədə bu, bütövlükdə Yaxın Şərqin, Şimali Afrikanın və digər bölgələrin faydasına olacaq.