Ukraynanın sabiq deputatı güllələndi

Ukrayna Ali Radasının sabiq deputat İrina Farion güllələnib.

Bu barədə “Espresso” kanalının teleaparıcısı Marta Oliyarnik feysbukda məlumat verib.

Onun sözlərinə görə, 60 yaşlı Fariona qarşı Lvov şəhərinin Masaryk küçəsində sui-qəsd cəhdi olub.

Məlumata görə, Farion təxminən 20-25 yaşlı gənc tərəfindən hücuma məruz qalıb, o, evdən çıxarkən sabiq deputatı güllələyib.

Lvov Şəhər Şurasının deputatı İqor Zinkeviç bildirib ki, İrina Farionun vəziyyəti ağırdır. Təcili yardım maşını Farionu xəstəxanaya yerləşdirib.

Polisin bildirdiyinə görə, zərərçəkən başından güllə yarası alıb. Hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır:

“Lvovda və bölgədə xüsusi polis əməliyyatı keçirilir, əməliyyata Lvov vilayəti polisinin bütün xidmət və bölmələrinin əməkdaşları cəlb olunub”, – deyə polis bildirib.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq