ABŞ-ın keçmiş prezidenti Barak Obama Kamala Harrisi dəstəkləməyib.
Obama Co Baydenə hörmət ifadə edən bəyanat yayaraq onu “ABŞ-ın ən mühüm prezidentlərindən biri” və “əziz dost” adlandırıb.
Lakin onun bəyanatında Kamala Harris haqqında heç nə deyilmir.
“Mən əminəm ki, partiyamızın liderləri görkəmli namizəd çıxarılacaq bir prosesi idarə edə bilərlər”, – Obama yazıb.
Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də birmənalı qarşılanmayan fikirlər bildirib. O bəyan edib ki, yeni Demokrat namizədin seçilməsi “taxtın varisliyi kimi deyil, demokratik bir proses olmalıdır”.
Qeyd edək ki, Co Bayden seçki yarışından geri çəkilib və namizəd olmayacağını elan edib.