Ana səhifə XəbərlərDünya Obama Kamala Harrisin namizədliyini DƏSTƏKLƏMƏDİ

Obama Kamala Harrisin namizədliyini DƏSTƏKLƏMƏDİ

admin

ABŞ-ın keçmiş prezidenti Barak Obama Kamala Harrisi dəstəkləməyib.

Obama Co Baydenə hörmət ifadə edən bəyanat yayaraq onu “ABŞ-ın ən mühüm prezidentlərindən biri” və “əziz dost” adlandırıb.

Lakin onun bəyanatında Kamala Harris haqqında heç nə deyilmir.

“Mən əminəm ki, partiyamızın liderləri görkəmli namizəd çıxarılacaq bir prosesi idarə edə bilərlər”, – Obama yazıb.

Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də birmənalı qarşılanmayan fikirlər bildirib. O bəyan edib ki, yeni Demokrat namizədin seçilməsi “taxtın varisliyi kimi deyil, demokratik bir proses olmalıdır”.

 

Qeyd edək ki, Co Bayden seçki yarışından geri çəkilib və namizəd olmayacağını elan edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00