Ana səhifə XəbərlərCəmiyyət İlk dəfə tələbə qəbulu aparılacaq üç universitetin plan yeri MƏLUM OLDU

İlk dəfə tələbə qəbulu aparılacaq üç universitetin plan yeri MƏLUM OLDU

admin

Bu il ilk dəfə tələbə qəbulu aparılacaq universitetlərin plan yerləri açıqlanıb.

2024-2025-ci tədris ilində ilk dəfə Azərbaycanda 3 universitetə qəbul həyata keçiriləcək.

Bunlar Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti və İtaliya-Azərbaycan Universitetidir.

Bu il Xankəndidə yerləşən Qarabağ Universitetinə 1120 tələbə qəbulu həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Universitetinə 90 tələbə qəbul ediləcək.

İtaliya-Azərbaycan Universitetlərinə isə 160 qəbul yeri ayrılıb.

Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetində təhsil ödənişsiz, İtaliya-Azərbaycan Universitetində isə yalnız ödənişli olacaq.

Belə ki, İtaliya-Azərbaycan Universitetlərində 4 ixtisasa qəbul həyata keçiriləcək, hər bir ixtisasın illik təhsil haqqı 6000 manat təşkil edəcək.

Bu il iniversitetlərə ixtisas seçimi avqustun 10-dan sonra aparılacaq.

Qeyd edək ki, universitetlərinin qəbul planı haqda ilk məlumatı təhsil eksperti Kamran Əsədov açıqlayıb.

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00