Rusiya onların ölkəyə girişini qadağan edib

Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa qoyur.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Yaponiyanın xüsusi hərbi əməliyyatla əlaqədar ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, “Toyota” Motor İdarə Heyətinin sədri Toyoda Akio, “Rakuten” Korporasiyasının təsisçisi Mikitani Hiroşi.və digər Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə daimi qadağa qoyulması barədə qərar qəbul edilib”, – məlumatda deyilir.

Sanksiya siyahısına Yaponiya işgüzar dairələrinin digər nümayəndələri də daxil edilib.

Related posts

Ankaradan İrəvana mesaj: Paşinyan Konstitusiya dəyişikliyinə söz verib!

Putin Trampın elçisini qəbul edəcək

Donald Tramp İlham Əliyevi təbrik edib