Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyans yaradılır.
Bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.
Prezident bu təşəbbüsün dünyada aclığa son qoymaq məqsədi daşıdığını bildirib.
“Ofisləri Roma və Braziliya şəhərlərində yerləşəcək Alyans Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) katibliyi tərəfindən idarə olunacaq. Onun strukturu kiçik, səmərəli və müvəqqəti olmaqla ixtisaslaşmış kadrlardan formalaşacaq. Xərclərin yarısını Braziliya tərəfi ödəyəcək”, – deyə prezident qeyd edib.