İran həbs etdiyi tankerdəki nefti geri qaytarıb

İran yanvar ayında Türkiyəyə gedən və müsadirə etdiyi “Sent Nicholas” tankerində olan nefti geri qaytarıb.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən biri “yük bu həftənin əvvəlində danışıqlardan sonra geri qaytarıldı” deyib. Digər mənbənin dediyinə görə, neft Larak adasının yaxınlığında Türkiyənin T.Semahat tankerinə yüklənib.

Marşal adalarının bayrağı altında üzən “Sent Nicholas” tankeri yanvarın 11-də 145 min ton neft daşıyarkən bir qrup silahlı şəxs tərəfindən ələ keçirilib. O, İraqın Bəsrə şəhərindən Süveyş kanalı vasitəsilə Türkiyənin Əliağa limanına gedirdi. İslam Respublikası mətbuatının məlumatına görə, yük İran məhkəməsinin qərarı ilə İran Hərbi Dəniz Qüvvələri tərəfindən müsadirə edilib.(Musavat.com)

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq