454
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma sahəsində vəziyyət” (SOFI) adlı illik hesabatını yayımlayıb.
Hesabata görə, 2023-cü ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı təqribən 733 milyon nəfər olub. Bu isə hər 11 nəfərdən birinin ac qaldığını göstərir.
Afrika qitəsində isə hər 5 nəfərdən biri aclıqla üzləşib.
Son 3 ildə rəqəmlər yüksəlməyə davam edir. Belə ki, 2019-cu ildən bəri kifayət qidalana bilməyən insanların sayı təxminən 152 milyon nəfər artıb.