465
Aparıcı Elgiz Əkbər valideynlərə səslənib.
Aparıcı valideynləri övladlarını dənizə aparmamağa, əks halda onları çimərkən nəzarətsiz buraxmamağa çağırıb:
“Buradan valideynlərə müraciət etmək istəyirəm. Uşaqlarınızı dənizə aparmayın. Aparanda da qoymayın çimsinlər. 17 yeniyetmə ölüb. Valideynlər uşaqlarla bacarmırlar. Aparmayın. Aparanda da nəzarətsiz qoymayın. Valideynlərin başı qarışır süfrə açmağa, bir də ayılırlar ki, uşaq batıb. Belə şey olar? Nə vacibdir axı? Yaydır, dəniz kənarına istirahətə getmisən, spirli içki içmək nə vacibdir?”.