Qədim abidələri mühafizə işçilərinin Ümumyunanıstan İttifaqı Mədəniyyət Nazirliyinin muzeyləri özəlləşdirmə siyasətinə etiraz olaraq bütün ölkə ərazisində dörd saatlıq tətil keçirib.
Bu barədə Yunanıstanın “Kosmodromio” xəbər portalı məlumat yayıb.
İttifaq Mədəniyyət Nazirliyinin özəl şirkətlərə tarixi və mədəniyyət obyektlərinə elektron bilet satışına icazə verilməsi ilə bağlı qərarı ilə razılaşmadığını bildirmək qərarına gəlib. Onlar öz bəyanatlarında vurğulayıblar ki, Mədəniyyət Nazirliyinin bu addımı Akropol və digər arxeoloji obyektlərin təhlükəsizliyində ciddi “boşluqlar” yaradır.