Əli Əsədov İranın yeni Birinci vitse-prezidentini təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Related posts

Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr keçirildi

Ceyhun Bayramov Məhəmməd İshaq Darla nələrdən danışdı…

Paşinyanın impiçment tələbi- İrəvanda ara qarışdı