Qusarda 5 nəfər toyda zəhərləndi

Qusar rayonunun Aşağı Ləgər kəndində 5 nəfər qidadan zəhərlənib.

Hadisə toyda baş verib.

2019-cu il təvəllüdlü Z.Səfərova, 2007-ci il təvəllüdlü S.Səfərova, 1966-cı il təvəllüdlü E.Primov, 2014-cü il təvəllüdlü Ə.Aydazadə və 2011-ci il təvəllüdlü İ. Eyyubov toyda yedikləri qidadan sonra özlərini pis hiss edib, Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Qida zəhərlənməsi diaqnozu qoyulan şəxslər tibbi yardımdan sonra evə buraxılıb.

Hazırda fakt araşdırılır.

Related posts

Ölkədən çıxışı qadağan edilən 489 nəfər sərhəddə yaxalanıb

Goranboyda 61 yaşlı qadın sirkə turşusu İÇDİ

Sumqayıtda yataqxana binası yanır