“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində….

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi çap olunub.

Jjurnalın bu nömrəsində oxucular “Nobel kürsüsü” rubrikasında Orxan Pamukun “Nobel mühazirəsi” və “Pəncərədən baxmaq” hekayəsi, “Klassik irs” rubrikasında Nikolay Qoqolun “Portret” hekayəsinin davamı, “Bəşəri poeziya” rubrikasında Bertold Brextin “Kuraj ana və uşaqları” pyesindən nəğmələr, “Azərbaycan ədəbiyyatı” rubrikasında Cəfər Cabbarlının “Papaq” hekayəsi, “Hekayə” rubrikasında Somerset Moemin “Şair”, “Türk xalqları ədəbiyyatı” rubrikasında Nurmurad Sarıxanovun “Kitab” və Abdulla Qədirinin “İnadkar Taşpulatın hekayəti” hekayələri, “İsrail nəsri” rubrikasında Dina Rubinanın “Cadu” və “Qızılı rəng” hekayələri, “Roman” rubrikasında Vilhelm Haufun “İsgəndəriyyə şeyxi Əlibanu və onun kölələri”, “Sirli qitə: Afrika ədəbiyyatı” rubrikasında Siprian Ekvensinin “Azadlıq gecəsi” hekayəsi, “Teatr” rubrikasında Mar Bayciyevin “Bəy və gəlin” pyesi, “Esse” rubrikasında Çeslav Miloşun “Əlifba” essesinin davamı, “Antiutopiya” rubrikasında Andrey Platonovun “Çevenqur” romanı və digər əsərlərlə tanış ola biləcəklər.

Jurnalı yaxın günlərdə paytaxtımızdakı köşklərdən əldə etmək olar.

Related posts

Azərbaycanda Milli Musiqi Günüdür

Polad Bülbüloğluna Ermitaj Mükafatı VERİLDİ

Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötür