Pezeşkian İsraili hədələdi

İsrailin Livana qarşı müharibəsi böyük səhv olar və ciddi nəticələrə səbəb olar.

Bunu İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib.

Qəzza zolağındakı ağır humanitar vəziyyətə də diqqət çəkən Pezeçkian bildirib ki, İran Qəzza zolağındakı böhranın həllinə kömək etmək və regiona sülh və sabitlik gətirmək üçün hər cür səy göstərəcək.

Pezeşkian həmçinin İranla nüvə sazişinin bərpasına yönəlmiş danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Makron isə Pezeşkiandan Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyi dayandırmağa çağırıb.

Onu da əlavə edib ki, İran “sabitliyi pozan oyunçulara” dəstəyini dayandırmaqla Livan və İsrail arasında gərginliyin qarşısını almaqda rol oynaya bilər.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

Kim Çen In orduya TAPŞIRIQ VERDİ