600
Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə 2024-cü ilin iyul ayının 4-dən 17-dək elan edilən müsabiqə çərçivəsində daxil olmuş 450-dən artıq loqo təklifi müvafiq qaydada dəyərləndirilib.
Seçilmiş 5 loqo təklifini ictimaiyyətin müzakirəsinə təqdim edilib.
Peşəkar mütəxəssislərdən ibarət İşçi Qrupu daxil olacaq rəylər əsasında 5 təklifdən birini qalib elan edəcək.
Loqo seçimi ilə bağlı sosial şəbəkə istifadəçiləri fikirlərini Qarabağ Universitetinin səhifəsindəki müvafiq paylaşımın şərh bölümündə 5 avqustadək yaza bilərlər.