“Bakıda saxlanılan ermənilərin azad edilməsi” çağırışları çirkin təbliğatdır”

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 yaxınlaşdıqca Ermənistanda bəzi dairələr, erməni diasporu, Qərb ölkələrində Luis Okampo kimi irqçilər “Bakıda saxlanılan ermənilərin azad edilməsi” ilə bağlı hay-küy kampaniyasına başlayıblar.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, özünü “tolerant” hesab edən Ermənistan cəmiyyəti, insan hüquqlarından, dəyərlərdən dəm vuran həmin dairələr, ilk növbədə, Ermənistan hakimiyyətinə 30 il ərzində Azərbaycan ərazilərini nə üçün işğal altında saxladıqları barədə sual verməli, işğala görə üzr istəməyi tələb etməli, bununla bağlı ictimai müzakirələrə başlamalı, 4 000-ə qədər azərbaycanlı itkinin taleyinin müəyyənləşdirilməsinə çağırmalıdırlar:

“Açıq internet resurslarında Ermənistan ordusunun xüsusilə birinci Qarabağ müharibəsində mülki azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirən çoxlu foto və videolar var. Erməni cəmiyyəti ilk növbədə öz hakimiyyətindən, “müstəqil məhkəmə sistemi”ndən həmin hərbçilərin, sahə komandirlərinin cəzalandırılmasını tələb etməliydi.

Bütün bunların baş vermədiyi təqdirdə, “Bakıda saxlanılan ermənilərin azad edilməsi” çağırışları qeyri-səmimilikdən, cığallıqdan, milli müstəsnalığın təbliğindən, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək Azərbaycana qarşı çirkin təbliğatdan başqa bir şey deyil”.

Related posts

Prezidentdən nazirlə bağlı sərəncam

Prezident bu qanunlarda dəyişiklik etdi

Azərbaycan COP29-da intriqalara GETMƏDİ