Ana səhifə XəbərlərSiyasət General Kənan Seyidovun təyinatı təsdiqləndi

General Kənan Seyidovun təyinatı təsdiqləndi

admin

Bir müddət öncə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edildiyi ilə bağlı məlumatlar yayılsa da, rəsmi təsdiqini tapmamışdı.

 K.Seyidovun bu gün Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında Əlahiddə Ümumqoşun Ordu Komandanı olaraq iştirakı ilə məlumat təsdiqlənmiş olub.

Belə ki, iclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, 2014-cü ildən Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayev olub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00